Interposta.Info

Qarşıdakı günlər meteohəssas insanlar üçün narahatlıq yarada bilər

Ölkə
 29-10-2019, 08:54     10 342

Azərbaycan Milli Elmlər Akademiyasının N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası kosmik hava durumunu açıqlayıb.

"İnterPosta.info" xəbər verir ki, gün ərzində Günəş fəallığı çox aşağı səviyyədə, Günəş diski ləkəsiz olub. Geomaqnit sahə son 24 saat ərzində ümumən sakitdir.

Proqnoz dövründə də (28 - 30 oktyabr) Günəş fəallığı çox aşağı səviyyədə qalacaq. Sonuncu proqnoz günü isə (30 oktyabr) Günəş küləyi parametrlərinin güclənəcəyi gözlənilir.

Proqnoz dövründə (28 - 30 oktyabr) geomaqnit sahədə ümumən sakitlik, lakin qısa fasilələrlə fəal şərait müşahidə oluna bilər. Maqnit qasırğasının yaranması ehtimalı proqnoz dövründə 10%-dən aşağı qiymətləndirilir.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26