Maqnit qasırğası olacaq
Yaxın 3 gün ərzində maqnit qasırğasının olacağı gözlənilir.
"İnterPosta.info" bildirir ki, Azərbaycan Milli Elmlər Akademiyası N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, avqustun 5-7-də Günəş küləyi parametrlərinin nisbətən güclənəcəyi proqnozlaşdırılır. STEREO-A PLASTIC kosmik aparatının verdiyi məlumatlara görə, küləyin sürəti 575 - 600 km/san-yə qədər artacaq.
Avqustun 5-6-da aşağı səviyyəli geomaqnit qasırğası şəraitinin hökm sürəcəyi gözlənilir. Avqustun 7-də geomaqnit effektlərinin təsirinin azalması səbəbindən qasırğa şəraiti az fəal, nisbətən sakit şəraitlə əvəzlənəcək, ümumən sakitlik proqnozlaşdırılır.
Maqnit qasırğasının yaranması ehtimalı proqnoz dövründə ilk iki gün 15%-dən, sonuncu gün isə 10%-dən aşağı qiymətləndirilir.
İnterPosta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26