Interposta.Info

Kosmik hava durumu və proqnozu açıqlandı

Ölkə
 29-11-2019, 09:09     346

Azərbaycan Milli Elmlər Akademiyasının N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası kosmik hava durumu və proqnozunu açıqlayıb.

Rəsədxanadan "İnterPosta.info"ya verilən məlumata görə, Günəş fəallığı çox aşağı səviyyədə olub. 10 MeV-dən çox enerjili proton seli fon səviyyəsində stabil qalıb. Geomaqnit sahə son 24 saat ərzində ümumən çox sakitdir (Kp=1,2).

Noyabrın 29-30-da Günəş fəallığı çox aşağı səviyyədə qalacaq. 2 MeV-dən çox enerjili elektron selinin nisbətən yüksələcəyi, 10 MeV-dən çox enerjili proton selinin fon səviyyələrində davam etməsi gözlənilir.

Proqnoz dövründə geomaqnit sahədə ümumən sakitlik (Kp=1,2) davam edəcək. Maqnit qasırğasının yaranması ehtimalı 1 faizdən aşağıdır./azərtac

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26