Interposta.Info

Bakıda toyda kütləvi dava: 100 nəfər əlbəyaxa oldu (VİDEO)

Ölkə
 10-08-2019, 09:41     10 371

Bakı şəhərində keçirilən toy məclisində kütləvi dava olub.

"İnterPosta.info" Criminal.az-a istindadən xəbər verir ki, dava Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən ''Kristal'' şadlıq sarayında baş verib.

Toy məclisində başlayan dava daha sonra şadlıq sarayının həyətində daha da böyüyüb. Məclisində iştirak edən yüzə yaxın qonaq əlbəyaxa olub.

Hadisə yerinə Sabunçu rayon Polis İdarəsinin 13-cü bölməsinin əməliyyat qrupu gəlib. Polisin müdaxiləsindən sonra dava edən şəxslər sakitləşdirilib.

Davanın hansı səbəbdən baş verməsi məlum deyil.

İnterPosta.info hadisə yerindən çəkilmiş videogörüntünü təqdim edir:

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26