Interposta.Info

“Azərişığ”ın yeganə qadın rayon rəisi vəzifəsindən azad edilib

Ölkə
 2-08-2019, 12:22     10 298

“Azərişıq” ASC-də kadr dəyişikliyi baş verib.

Qurumun Tovuz Rayon Elektrik Şəbəkəsinin (REŞ) rəisi Kəmalə Abdullayeva tutduğu vəzifədən azad edilib.

Onun yerinə Zaur Şirəliyev təyin edilib. O, bu vaxta qədər Xəzər rayon Elektrik Şəbəkəsində aparıcı mütəxəssis olub.

K.Abdullayeva isə “Azərişığ”ın enerji satışı departamentinin abonent şöbəsində baş mütəxəssis vəzifəsinə gətirilib.

Xatırladaq ki, K.Abdullayeva “Azərişıq”da REŞ rəisi olan yeganə qadın olub.

Qurumun Mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev "Report"a təyinatla bağlı məlumatı təsdiq edib./report

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26