Interposta.Info

Misir Mərdanovun polis qardaşı daha bir vəzifəsindən çıxarılıbmış
 

Gündəm
 11-11-2021, 12:23     730

Şabran Rayon Polis İdarəsinin keçmiş rəisi Əli Mərdanov "Azərişıq” ASC-dəki vəzifəsindən də ayırılıb.

Qaynarinfo-nun məlumatına görə, Əli Mərdanov "Azərişıq” ASC-nin Qusar Elektrik Şəbəkəsinin rəisi vəzifəsindən azad edilib. Onun yerinə daha əvvəl də bu vəzifədə işləmiş Rəhman Səmədov təyin olunub.

Qeyd edək ki, sabiq Təhsil naziri Misir Mərdanovun qardaşı Əli Mərdanov 2019-cu ilin fevralında Şabran Rayon Polis İdarəsindən azad edilərək, təqaüdə göndərilmişdi. Elə həmin il "Azərişıq” ASC-nin Qusar Elektrik Şəbəkəsinin rəisi vəzifəsinə təyin olunmuşdu.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26