Interposta.Info

"Azərişıq"da iki rəis işdən çıxarıldı

Ölkə
 15-01-2019, 13:35     10 355

"Azərişıq” ASC-nin Nərimanov rayonu üzrə Enerji Təchizatı və Satışı İdarəsinin (ETSİ) rəisi Həsən Həsənov, eləcə də bu rayonun elektrik şəbəkəsinin rəisi Səməd Mustafayev vəzifələrindən kənarlaşdırılıblar.

İnterPosta.info
report-a istinadən xəbər verir ki, buna səbəb onların vəzifə səlahiyyətlərini yerinə yetirdikləri zaman yol verdikləri nöqsanlardır.

İşdən çıxarılan H.Həsənovun S.Mustafayevin yerinə, yəni aşağı vəzifəyə təyin edildiyi bildirilir.

"Report" bununla bağlı "Azərişığ"ın mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayevlə əlaqə saxlamağa cəhd etsə də, o, telefona cavab verməyib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26