Bakıda istirahət mərkəzində kütləvi dava düşüb: Xəsarət alan var
Bakının Xəzər rayonunda kütləvi dava zamanı bir nəfər xəsarət alıb
Bu barədə Xəzər Rayon Polis İdarəsindən məlumat verilib.
Şüvəlan qəsəbəsində yerləşən istirahət mərkəzlərinin birində beş nəfər naməlum şəxs 1984-cü il təvəllüdlü İsmayılov Xalıq Vaqif oğlunu döyüb. Nəticədə o, ağır bədən xəsarətləri alıb. Yaralı özəl xəstəxanaların birinə yerləşdirilib.
Hadisəni törədənlər Xəzər RPİ tərəfindən axtarılır./apa
İnterPosta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26