Interposta.Info

Nabranda istirahət mərkəzində kütləvi dava -

Ölkə
 28-07-2017, 07:28     10 652

Nabranda yerləşən istirahət mərkəzlərinin birində kütləvi dava olub.

interposta.info
ARB TV-yə istinadən xəbər verir ki, gecə saatlarında baş verən hadisə zamanı 2 nəfər xəsarət alıb.

Xəsarət alanlar Xaçmazın Xudat şəhər sakini 51 yaşlı Toğrul Məmişov və 31 yaşlı Zöhrab Səfiyevdir. Xudat şəhər xəstəxanasına yerləşdirilən şəxslərdən T.Məmişova sağ və sol dirsək nahiyəsinin sıyrılmış yarası, Z.Səfiyevə isə qapalı kəllə-beyin travması, göz orbitinin əzilməsi və hematoması diaqnozu qoyulub.

Hər iki şəxs ilkin yardımdan sonra ambulator müalicəyə göndərilib.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26