Interposta.Info

Rəsədxana bir şey deyir, Akademiya başqa şey - Ay AMEA-nı “pis vəziyyətdə qoydu”

Ölkə
 17-07-2019, 18:38     10 386

İyulun 17-si saat 00:00-da baş verən təbiət hadisəsi – Ay tutulması Azərbaycan Milli Elmlər Akademiyasını (AMEA) xoş olmayan vəziyyətə salıb.

"İnterPosta.info" oxu.az-a istinadən xəbər verir ki, iyulun 15-də AMEA-nın rəsmi saytında Ay tutulması ilə bağlı xəbər tirajlanıb və bu təbiət hadisəsinin Azərbaycanda müşahidə olunmayacağı yazılıb.

Rəsədxana bir şey deyir, Akademiya başqa şey - Ay AMEA-nı “pis vəziyyətdə qoydu”

AMEA-nın saytı Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini Xıdır Mikayılovun sözlərinə istinad edərək belə bir xəbər yayıb.

Rəsədxananın rəsmi internet portalında isə dünən yayılan məlumatda bu informasiyanın əksi yer alıb.
Rəsədxana bir şey deyir, Akademiya başqa şey - Ay AMEA-nı “pis vəziyyətdə qoydu”

AMEA Ay tutulmasının ölkəmizdə müşahidə olunmayacağını, Rəsədxana isə müşahidə olunacağını bildirib.

Ay isə AMEA-nı "pis vəziyyətdə qoyub”, belə ki, Yerin peykinin tutulması ölkəmizdə aydın şəkildə müşahidə edilib.

Ay tutulmasının görünməsindən sonra isə AMEA rəsmi saytında yayımlanan məlumatdakı yanlışlıq düzəldilib.

Qeyd edək ki, ilin ikinci Ay tutulması hadisəsi iyulun 17-si saat 00:00-da başlayıb, 01:45-də tam başa çatıb.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26