Yolda alışan avtomobili “su maşını” söndürdü
İyulun 11-də Sulutəpə istiqamətində hərəkət edən avtomobillərdən biri yolda alışmağa başlayıb. Sürücü avtomobili yoldan kənara çəkərək içərisindən düşə bilsə də, yanğının qarşısını almaq mümkün olmayıb. Nəticədə qısa zamanda yanğın genişlənib.
FHN-ə dərhal xəbər verilsə də, onlar gələnə qədər yaxınlıqda olan su maşınının köməyi ilə avtomobildə baş vermiş yanğın söndürülüb.
Xəsarət alan yoxdur.
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26