Interposta.Info

FHN-dən açıqlama: "Yanğın baş vermiş kafe yararsız vəziyyətə düşüb" -

Ölkə
 21-09-2018, 15:27     10 482

Fövqəladə Hallar Nazirliyi (FHN) Xətai rayonunda yerləşən çay evində baş vermiş yanğınla bağlı növbəti məlumat yayıb.

FHN-dən bildiriblər ki, hadisə nəticəsində birinci mərtəbəsi avtoyuma və avtomobil təmiri sexi, ikinci mərtəbəsi çay evi kimi fəaliyyət göstərən tikili yararsız vəziyyətə düşüb.

İlkin məlumata görə, yanğın zamanı xəsarət alan olmayıb.

Bakının Nobel prospektində yerləşən "Xəzər" kafesində bir müddət əvvəl baş vermiş yanğın söndürülüb.

Hadisənin səbəbi hələ məlum deyil. Araşdırma aparılır. (Trend)

Bakı şəhəri, Xətai rayonu, Süleyman Əhmədov küçəsində (Nobel prospektinin yaxınlığında) güclü yanğın başlayıb.

Hadisə şahidlərinin bildirdiyinə görə, hazırda yanğınsöndürənlər yanğının qarşısını almağa çalışır.

Virtualaz.org xəbər verir ki. ilkin məlumatlara görə, yanğın çay evində baş verib.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26