Interposta.Info

Yaralı əsgərimiz vəfat etdi (FOTO)

Ölkə / Manşet
 20-06-2019, 15:13     10 402

Azərbaycan ordusu əsgərini itirib.

İnterPosta.info
criminal.az-a istinadən xəbər verir ki, İmişli rayonundan həqiqi hərbi xidmətə çağırılan əsgər Elnur Əsgərzadə hospitalda dünyasını dəyişib.

O, iyunun 7-də xidmət etdiyi Murovdağ istiqamətində başından güllə yarası alaraq Gəncə şəhərində hospitala yerləşdirilimişdi. On gün komada qalan E.Əsgərzadənin həyatını həkimlər xilas edə bilməyib. O, dünən hospitalda keçinib.

E.Əsgərzadənin hansı şəraitdə güllə yarası alması məlum deyil. Müdafiə Nazirliyi əsgərin ölümü ilə bağlı hər hansı açıqlama verməyib. Məsələ ilə bağlı Hərbi Prokurorluqdan da məlumat almaq mümkün olmayıb.

İnterPosta.info

Yaralı əsgərimiz vəfat etdi (FOTO)
Yaralı əsgərimiz vəfat etdi (FOTO)

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26