Interposta.Info

Dünyadakı Ramazan bayramı mənzərələri – Fotolar

Ölkə
 5-06-2019, 13:36     10 474

Dünyanın bir çox ölkəsində milyonlarla müsəlman müqəddəs Ramazan bayramının ilk günündə camilərə gedərək, bayram namazı qılıb. Təkcə müsəlman ölkələrində deyil, Avropanın bir çox ölkələrində bayram qeyd edilib. Məsələn, Avstriyanın paytaxtı Vyanada müsəlmanlar məscidlərə toplaşaraq birlikdə bayram namazı qılıblar. Vyana polisi təhlükəsizliyi gücləndirmək üçün məscidlərin ətrafını ciddi nəzarətə alıblar.

Almaniyanın paytaxtı Berlin və Köln şəhərində də bayram coşqusu yaşanıb. Burada da məscidlərdə bayram namazları qılınıb.

Balkanlarda da müsəlmanlar Ramazan bayramını coşqu ilə qarşılayıb. O cümlədən, Bosniya və Herseqovina, Serbiya, Xorvatiya, Şimali Makedoniya, Kosovo və Albaniyada yaşayan milyonlarla müsəlman bayram namazını qılmaq üçün məscidlərə axın edib. Namazın ardınca dualar edilib, Qurani-Kərim oxunub.

Çernoqoniya və Şimali Makedoniyada ümumilikdə 130 məsciddə bayram namazları qılınıb.

Kərkükdə isə müsəlmanlar bayram namazı qıldıqdan sonra ölkəsinə barış və sülh üçün dualar edib.

Rusiyanın paytaxtı Moskvada minlərlə müsəlman məscidə axın edib. Lakin məscidə sığmadığından müsəlmanları bəziləri məscid ətrafındakı küçələrdə dualar ediblər. Hələ bayram öncəsi məscidin ətraf küçələrində nəqliyyat bağlanılıb, insanların təhlükəsizliyi üçün tədbirlər həyata keçirilib. İnsanlar xüsusi nəzarət hissələrindən məscidə giriblər. Məsciddəki bayram namazaı Rusiyanın dövlət kanalı olan “Rossiya – 1” televiziyasında canlı yayımlanıb.

Qeyd edək ki, Rusiyada təxminən 20 milyon müsəlmanın yaşadığı bildirilir. Ümumilikdə bu ölkədə 7 mindən çox cami və məscid var.

İsveçdə isə məscidlərdə müsəlmanlar bayram namazı qıldıqdan sonra şirniyyatlar paylanılıb.

Gürcüstanda da müsəlman məscidlərinə axın olub. Ölkənin paytaxtı Tiflisdə müsəlmanlar bayram namazını Tiflis cümə məscidində qılıb. Bayram namazına gürcü, azərbaycanlı, türk müsəlmanlar qatılıb./Yeni Musavat

İnterPosta.info

Dünyadakı Ramazan bayramı mənzərələri – Fotolar
Dünyadakı Ramazan bayramı mənzərələri – Fotolar
Dünyadakı Ramazan bayramı mənzərələri – Fotolar
Dünyadakı Ramazan bayramı mənzərələri – Fotolar
Dünyadakı Ramazan bayramı mənzərələri – Fotolar
Dünyadakı Ramazan bayramı mənzərələri – Fotolar

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26