Azərbaycanda bayram namazının vaxtı açıqlanıb
Azərbaycanda bayram namazının vaxtı açıqlanıb.
Ramazan ayının başa çatması ilə əlaqədar iyunun 15-i saat 09.00-da ölkənin bütün məscidlərində bayram namazı qılınacaq.
Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadə bayram namazını saat 09:00-da “Təzə Pir” məscidində qılacaq.
Qeyd edək ki, Azərbaycanda Ramazan ayı mayın 17-də başlayıb. İyunun 15-i və 16-sı Azərbaycanda Ramazan bayramıdır./report
interposta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26