Interposta.Info

Azərbaycanda bayram namazının vaxtı açıqlandı

Ölkə
 30-05-2019, 18:02     10 529

Azərbaycanda bayram namazının vaxtı açıqlanıb.

Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) İnterPosta.info-ya verilən məlumata görə, Ramazan ayının başa çatması ilə əlaqədar iyunun 5-i saat 08:00-da "Əjdərbəy" məscidində, saat 09:00-da isə "Təzə Pir" məscidində bayram namazı qılınacaq.

Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadə bayram namazına qatılacaq.

Qazilər Şurasının verdiyi fətvada qeyd olunur ki, Fitr bayramı (Şəvval ayının 1-i) Ayın üfüqi ərazimizdə görünməsinə əsasən iyunun 5-nə təsadüf edəcək.

Qeyd edək ki, Azərbaycanda Ramazan ayı mayın 6-da başlayıb.

İyunun 5-i və 6-sı Azərbaycanda Ramazan bayramıdır.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26