Interposta.Info

Bakı məscidlərində bayram namazı qılınır (FOTOLAR)

Ölkə / Manşet
 5-06-2019, 08:30     10 355

Azərbaycanda Ramazan münasibətilə bayram namazı qılınır.

APA-nın məlumatına görə, bayram namazı "Əjdərbəy" məscidində, saat 08.00-da başlanıb.

Məsciddə bayram namazı axund "Əjdərbəy" məscidinin icma sədri, axund Hacı Həmdüllah Babayevin camaatlığı ilə qılınır.

Qeyd edək ki, bayram münasibətilə ölkənin bütün məscidlərində bayram namazı qılınır, "Təzə Pir" məscidində isə bayram namazı saat 09:00-da qılınacaq.

Xatırladaq ki, QMİ Qazılar Şurasının fətvasına əsasən, Ramazan ayı bu il Azərbaycanda miladi təqvimlə mayın 6-da başlayıb. Eydül-Fitr (Fitr bayramı) isə miladi təqvimilə iyunun 5-nə təsadüf edir.

İnterPosta.info

Bakı məscidlərində bayram namazı qılınır (FOTOLAR)
Bakı məscidlərində bayram namazı qılınır (FOTOLAR)
Bakı məscidlərində bayram namazı qılınır (FOTOLAR)

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26