Interposta.Info

Bakıda hindistanlı iş adamlarının şirkətlərindən 220 min manatlıq oğurluq

Ölkə
 25-05-2019, 13:55     10 516

Bakıda Hindistan vətəndaşlarına məxsus şirkətlərdən oğurluq olub.

İnterPosta.info
"Report"a istinadən məlumatına görə, iş adamları - "Marvel Group” MMC-nin rəhbəri Paul Boney və "Megamax” MMC-nin rəhbəri Vimal Koyithanata hüquq-mühafizə orqanlarına müraciət edərək bildiriblər ki, 2018-ci ilin fevralından 2019-cu ilin mayına kimi olan müddətdə Binəqədi rayonunda yerləşən P.Boneyə məxsus şirkətdən 100 min, V.Koyithanatha məxsus şirkətdən 120 min dəyərində televizor, soyuducu, kondisioner oğurlanıb.

Hindistanlı iş adamları orada işləyən 5 kişi satıcıdan şübhələndiklərini deyib.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, "Marvel Group” və "Megamax” şirkətləri məişət texnikasının topdan və pərakəndə satışı ilə məşğul olur.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26