Interposta.Info

Bu il Azərbaycanda QİÇS xəstəsi olan uşaqların sayı artıb

Ölkə
 25-05-2019, 09:10     10 331

Ötən illə müqayisədə QİÇS-ə yoluxmuş uşaqların sayında artım var

Respublika QİÇS-lə (Qazanılmış İmmun Çatışmazlığı Sindromu) Mübarizə Mərkəzində qeydiyyatda olan uşaqların sayında cari ildə artım olub. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsindən bildirilib ki, 2019-cu ilin əvvəlinə olan rəqəmlərə görə, qeydiyyatda olan belə uşaqların sayı 19-dur.

Qeyd edək ki, 2009-cu ildə belə uşaqların sayı 4, 2014-cü ilin əvvəlində 14, 2018-ci ilin əvvəlində isə 18 olub.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26