Interposta.Info

Son 5 ildə nikaha daxil olmaq istəyən 542 nəfərdə QİÇS aşkarlanıb

Ölkə
 3-09-2019, 21:07     10 287

2019-ci ilin 8 ayı ərzində nikaha daxil olmaq üçün müayinə olunanların sayı açıqlanıb.

"İnterPosta.info"nun məlumatına görə, Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun direktoru Zöhrə Əlimirzəyevanın APA-ya verdiyi məlumata görə, bu ilin 8 ayı ərzində müayinə olunanların sayı 92340 nəfər olub. Onlardan 2313 nəfərinin talassemiya daşıyıcısı olduğu müəyyən edilib. Eyni zamanda müayinə olunanlardan 142 nəfərində siflis, 94 nəfərində QİÇS aşkarlanıb. Nikaha girmək istəyən hər iki şəxsdə daşıyıcılıq olan cütlüklərin sayı isə 30 olub.

Qeyd edək ki, 2015-ci ildə nikaha girmək üçün müayinə olunanların sayı 84600 nəfər olub. Onlardan 5534-nün talassemiya daşıyıcısı olduğu müəyyən edilib, 239 nəfərində siflis, 54 nəfərində QİÇS aşkarlanıb. Hər ikisi daşıyıcı olan cütlüklərin sayı 48 olub.

2016-cı ildə müayinə olunanların sayı 143694 olub, onlardan 4649 nəfərinin talassemiya daşıyıcısı olduğu müəyyən edilib. 645 nəfərdə siflis, 109 nəfərdə 109 QİÇS aşkarlanıb. Hər ikisi daşıyıcı olan cütlüklərin sayı 42 olub.

2017-ci ildə müayinə olunanların sayı 135990 nəfər olub, onlardan 3891 nəfərinin talassemiya daşıyıcısı olduğu müəyyən edilib. 449 nəfərdə siflis, 119 nəfərdə QİÇS aşkarlanıb, hər ikisi daşıyı olan cütlüklərin sayı 41 olub.

2018-ci ildə isə nikaha girmək üçün müayinə olunanların sayı 135529 nəfər olub, onlardan 4161 nəfərinin talassemiya daşıyıcısı olduğu müəyyən edilib. 395 nəfərdə siflis, 173 nəfərdə QİÇS aşkarlanıb. Hər ikisi daşıyıcı olan cütlüklərin sayı isə 58 olub.

Ümumilikdə son 5 ildə nikaha girmək üçün müraciət edənlərin sayı 592153 nəfər olub, onlardan 20548-nin talassemiya daşıyıcısı olduğu müəyyən edilib. Müayinə olunanlardan 1866 nəfərində siflis, 542 nəfərində isə QİÇS aşkarlanıb. Nikah üçün müayinə olunan cütlüklərin 219-da hər iki şəxsin daşıyıcı olduğu müəyyən edilib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26