Interposta.Info

Fuad Abbasov azad edildi?

Ölkə
 24-05-2019, 00:29     10 375

Rusiyada saxlanılan və Azərbaycana deportasiya ediləcəyi gözlənilən tanınmış jurnalist Fuad Abbasovun azadlığa çıxması xəbəri yayılıb.

Məlumatı millət vəkili Fazil Mustafa paylaşıb. O qeyd edib ki, bu, ictimai dəstəyin nəticəsidir:

“Azərbaycan naminə fədakarlıq göstəyərən insanları xırda hisslərə aludə oluaraq tez xərcləməyə çalışmayaq, kənarda faydalı işlər görən hər bir azərbaycanlının haqqını qorumamız vacibdir ki, kimsədə ümidsizlik yaranmasın”.

Ancaq F.Mustafanın aldığı informasiyanın səhih olmadığı bildirilib. Belə ki, paylaşıma münasibət bildirən tanınmış media nümayəndələri və ictimai fəallar xəbəri təkzib ediblər. Hətta F.Abbasovun dayısının da məlumatı yalanladığı qeyd edilib./axar.az

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26