46 il günahsız yerə cəza çəkmiş amerikalıya 1,5 milyon ödəniləcək- VİDEO

Miçiqan ştatının rəhbərliyi 46 il günahsız yerə həbsdə qalmış Riçard Fillipsə 1,5 milyon dollar ödəməyə qərar verib. Pullar keçmiş məhbusun hesabına yarı-yarı olmaqla iki dəfə köçürüləcək.
Fillips hazırda incəsənətlə məşğul olur, rəsm əsərləri çəkir. Onun şəkilləri min dollardan satışa çıxarılır.
Fillips bildirib ki, ona kompensasiya ödənilib-ödənilməyəcəyindən asılı olmayaraq, məsum hesab edildiyi üçün özünü yaxşı hiss edəcək.
1971-ci ildə Fillipsi qətldə ittiham edərək ömürlük həbs cəzasına məhkum ediblər. Yalnız 46 il sonra, 2018-ci ilin mart ayında Riçard Fillipsin müqəssir olmadığı sübut olunub./xezerxeber.az
İnterPosta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26