Interposta.Info

20 il həbsdə yatandan sonra

Ölkə
 25-02-2017, 06:47     458

20 il həbsdə yatandan sonra

Qətl hadisəsində ittiham olunan italyanın 20 il türmədə yatandan sonra günahsız olduğu üzə çıxıb. Bu barədə “La Stampa” nəşri xəbər verir. Xəbərdə qeyd olunur ki, söhbət 55 yaşlı Fraqanyano şəhər sakini Ancelo Massarodan gedir.

Daha öncə Katanzaro məhkəməsi onun suçlu olması barədə qərar çıxarmışdı. O, Lorenso Fersurellanın ölümündə ittiham olunaraq, 24 illiyinə azadlıqdan məhrum olunmuşdu. İstintaq materiallarından aydın olur ki, bu şəxsin qətldə ittiham olunmasına səbəb üçüncü şəxslərin verdiyi məlumatlar və yanlış detallar olub. İstintaq sübut edib ki, eşidilənlər heç də həqiqəti əks etdirmir. Bundan başqa,ittiham olunan şəxsin vəkili də onun hadisə baş verən zaman başqa yerdə olduğunu sübut etməyi bacarıb.

Son nəticədə məhz Ancelonun 22 il həbsinə qərar verən məhkəmə bu dəfə onun suçsuz olduğunu sübut edib və onun azadlığa çıxmasına qərar verib. Hazırda isə eks məhbus qeyri-qanuni azadlıqdan məhrum edildiyinə görə, Ədliyyə Nazirliyindən kompensasiya tələb edir./musavat.com

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26