Interposta.Info

Adam bıçaqlayıb əsgərliyə gedən Qocayevə cəza kəsildi

Ölkə
 10-04-2019, 13:04     10 382

Adam bıçaqladıqdan sonra əsgərliyə gedən şəxs hakim qarşısına çıxarılıb.

Bakı Ağır Cinayətlər Məhkəməsində Murad Qocayevin cinayət işi üzrə məhkəmə iclası keçirilib.

O, qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilir.

Hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən M.Qocayev 4 il müddətinə azadlıqdan məhrum edilib.

Qocayev hadisə barədə bunları danışıb:

"Qonşum Hikmət Əhmədovun köşkə borcu var idi. Köşk sahibi xahiş elədi ki, Hikmətə borcunu çatdırmasını deyim. Hikmətə deyəndə söyüş söydü. Buna görə də mübahisə elədik. Əlində bıçaq var idi. Onun qolundan vurub, əlindən saldım".

İfadəsinin davamında Qocayev söyləyib ki, bıçağı götürüb qaçandan sonra Hikmət arxasınca qaçaraq onu tutub: "Məni yerə yıxanda əlimdə olan bıçağın ona neçə dəydiyini görmədim. Sonra hadisə yerindən qaçdım".

Məlum olub ki, M.Qocayev hadisədən bir neçə gün sonra hərbi xidmətə yollanıb. Xidmətinin 4-cü ayında həbs edilib.

Hadisə ötən ilin aprelin ayında Abşeron rayonun Mehdiabad qəsəbəsində baş verib. M.Qocayev mübahisə zəminində qonşusu Hikmət Əhmədova 8 bıçaq zərbəsi vurub. Xəstəxanaya çatdırılan yaralının həyatını xilas etmək mümkün olub.

M.Qocayev Cinayət Məcəlləsinin 126.1-ci (qəsədən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham edilir./musavat.com

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26