Interposta.Info

Birlikdə yaşadığı qadını 13 bıçaq zərbəsi ilə öldürdü-

Ölkə
 2-06-2017, 12:06     899

Qeyri-rəsmi ər-arvad münasibətində yaşadığı qadını qətlə yetirən şəxsə hökm oxunub.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhməməsində qətl törətməkdə təqsirləndirilən 1965-ci il təvəllüdlü Azər Ağayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Musavat.com xəbər verir ki, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən Azər Ağayev 17 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə ötən il Binə qəsəbəsinin “Donuzçuluq” sovxozunda baş verib.

Qəsəbə sakini, 45 yaşlı İlhamə Eynulla qızı Talıbovanın on üç bıçaq zərbəsi almış meyiti aşkar edilib.

Qətli Xəzər rayonunda qeydiyyatda olan Nardaran sakini, 1965-ci il təvəllüdlü Azər Şəmsəddin oğlu Ağayevin törətdiyi müəyyən edilib.

Amma hadisədən bir neçə dəqiqə sonra Azər Ağayev ağır vəziyyətdə şəhər xəstəxanalarının birində tapıblar. O, ağır yol qəzası nəticəsində aldığı xəsarətlərə görə xəstəxanaya yerləşdirilib.

A.Ağayev törətdiyi əməli etiraf edərkən bildirib ki, hadisədən sonra avtomobilə qaçmaq istəyib, amma yolda qəzaya düşüb.

O, İ.Talıbovanı qısqanclıq zəminində öldürdüyünü bildirib.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26