Interposta.Info

Ucar rayon Dövlət Yanğından Mühafizə Hissəsində QALMAQAL

Ölkə
 2-04-2019, 20:02     10 470

Ucar rayon Dövlət Yanğından Mühafizə Hissəsində nə baş verir?

Ucar rayonu Qazyan kənd sakini Seyidov Sadiq Əhməd oğlu tərəfindən "İnterPosta.info"-ya etdiyi şikayətin olduğu kimi təqdim edirik:

Ucar rayon Dövlət Yanğından Mühafizə Hissəsinin rəisi vəzifəsini icra edən mayor Ramil Musayev dövlət idarəsini qumarxanaya və pritona döndərib.Bu biabırçılığı yuxarı orqanlar bilsələrdə heç bir tədbir görmürlər.
Belə ki, Ucar rayon Dövlət Yanğından Mühafizə Hissəsinin rəisi vəzifəsini icra edən Ramil Musayev pul alaraq gecə növbələrində dövlət idarəsində qumar oynayanlara şərait yaradır.Demək olar ki, Ucar rayon Dövlət Yanğından Mühafizə Hissəsində hər gün qumar oynanılır. Ən biabırçı vəziyyət isə odur ki, Ramil Musayev özü şəxsən qumar oynanılan otaqda oturub seka pulu yığır. Həttda Ucar rayon Dövlət Yanğından Mühafizə Hissəsinə kənar adamlar əxlaqsız qadınlar gətirib görüşürlər.Bu çirkin yaramaz işlərin müqabilində rəis əvəzi Ramil Musayevə pul verilir. Bilinmir ki, Ramil Musayev burada qumarxana və priton işlədir yoxsa Ucar rayon Dövlət Yanğından Mühafizə Hissəsinin rəisi vəzifəsini icra edir. Həttda belə mundar işlərlə məşğul olduğu üçün 2017-ci ilin dekabr ayında Ramil Musayevə şiddətli töhmət verilmişdir.O, bundan nəticə çıxarmaq əvəzinə çirkin əməllərini dahada genişləndirmişdi.Ucar rayon Dövlət Yanğından Mühafizə Hissəsində özbaşınalıq, qanunsuzluqlar baş alıb gedir.İdarəyə məxsus avtomobilləri sudurqa xəstəliyi olan şəxslər idarə edirlər. Buna isə diqqət edilmir.Baxmayaraq ki, bu çox təhlükəli bir haldır.Avtomobili idarə edən zaman həmin əməkdaşın sudurqası tutarsa nəticədə qəza yaranar insan ölümü baş verə bilər.Ramil Musayevin bu vəzifəni icra etməyə nə əxlaqı, nə əməlləri, nədəki təcrübəsi yol vermir.Buna görədə mən mətbuat vasitəsi ilə aidiyyatı mərkəzi orqan rəhbərlərindən xahiş edirəm Ucar rayon Dövlət Yanğından Mühafizə Hissəsində ciddi yoxlamalar aparıb vəzifə səlahiyyətlərindən sui-istifadə edib dövlət idarəsini qumarxanaya, pritona döndərmiş rəisi vəzifəsini icra edən Ramil Musayevin barəsində ciddi tədbirlər görəsiniz.Əks təqdirdə bu yaramazın qanunsuz əməlləri nəticəsində ağır fəlakətlər baş verəcək.

Ucar rayon Dövlət Yanğından Mühafizə Hissəsində QALMAQAL

Ucar rayon Dövlət Yanğından Mühafizə Hissəsinin rəisi vəzifəsini icra edən mayor Ramil Musayevlə telefon əlaqəsi saxladıq. Onun haqqında Seyidov Sadiq tərəfindən edilən iddianın hərbiri yalan olduğunu və bunların hərbiri Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi tərəfindən araşdrıldığın bildirdi.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26