Interposta.Info

Dövlət Yanğından Mühafizə Hissəsi "Əhməd Rəcəbli"yə su axıdır? - ŞİKAYƏT (FOTOLAR)

Ölkə
 30-03-2019, 12:23     10 422

"Əhməd Rəcəbli 149 ünvanında yerləşən Dövlət Yanğından Mühafizə Hissəsinin əməkdaşları küçə ilə hərəkət edən insanlara maneçilik yaradırlar"

Məlumata görə Əhməd Rəcəbli 149 ünvanında yerləşən Dövlət Yanğından Mühafizə Hissəsinin əməkdaşlarının idarənin qarşısında xidməti maşınları yüksək təzyiqli su ilə yumaları qarşı tərəflə hərəkət edən insanları isladır. İrad bildirən insanlara isə FHN işçiləri ərazinin idarəyə məxsus olduğunu, başqa yoldan istifadə etməklərini məsləhət görürlər.

Məlumatda həmçinin istifadə olunan suyun birbaşa Əhməd Rəcəbli küçəsinə asfaltın üzərinə axdığı və artıq müəyyən qədər yolu çökdürdüyü deyilir.

Mövzu ilə bağlı Dövlət Yanğından Mühafizə Xidməti ilə əlaqə saxlayıb. Xidmətdən bildirdilər ki, hər bir çağırışdan sonra avtomobillər yuyulur. Avtomobillərin yuyulması zaman axan su isə kanalizasiya sistemi ilə axıdılır.

Nərimanov rayon İcra Hakimiyyətinin təsərrüfat şöbəsinin müdiri Rəfail Abdullayev isə hadisədən xəbərsiz olduqlarını, gün ərzində məsələ ilə maraqlanacaqlarını bildirdi./qlobal.az

İnterPosta.info

Dövlət Yanğından Mühafizə Hissəsi "Əhməd Rəcəbli"yə su axıdır? - ŞİKAYƏT (FOTOLAR)
Dövlət Yanğından Mühafizə Hissəsi "Əhməd Rəcəbli"yə su axıdır? - ŞİKAYƏT (FOTOLAR)
Dövlət Yanğından Mühafizə Hissəsi "Əhməd Rəcəbli"yə su axıdır? - ŞİKAYƏT (FOTOLAR)

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26