Interposta.Info

Prezident “Diqlas”dakı yanğınla bağlı tapşırıq verdi: kompensasiya veriləcək

Ölkə
 28-03-2019, 11:58     10 410

Nizami Rayon İcra Hakimiyyətində (RİH) "Diqlas” Ticarət Mərkəzinin yanması nəticəsində zərər çəkən sahibkarların bir qismi ilə görüş keçirilib.

Görüşdə rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov və Prezident Administrasiyasının nümayəndələri iştirak ediblər.

Sahibklara bildirilib ki, məsələni Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva nəzarətə götürüb və dəymiş zərərə görə kompensasiya veriləcək.

Zərərçəkənlər qeyd ediblər ki, görüşdən razı qalıblar: "Dedilər ki, kompensasiya ödəniləcək. Bunun üçün vaxt müəyyən edilməyib. Bu gün dəymiş zərərə görə siyahıyaalınma işləri aparılacaq”. /Report

***10.37

"Diqlas" Ticarət Mərkəzində yanğında zərərçəkən icarədarların rəsmilərlə növbəti görüşü keçirilir.

Görüşdə Prezident Administrasiyasının Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Zeynal Nağdəliyevin müavini Hüseyin Mövsümov, Nizami Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov və digər rəsmi şəxslər iştirak edir.

A. Qasımov çıxış edərək deyib ki, müraciətlər dövlət başçısına çatdırıb və prezidentin tapşırığı ilə nümayəndə heyəti icarədarlarla görüşə göndərilib.

H. Mövsümov çıxış edərək deyib ki, yanğın hadisəsi prezident İlham Əliyevin və birinci vitse-prezident Mehriban Əliyevanın nəzarəti altındadır. (Qafqazinfo)

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26