Interposta.Info

Kəmaləddin Heydərov yanğınla bağlı açıqlama verdi

Ölkə
 26-03-2019, 11:35     10 402

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov Diqlas Ticarət mərkəzində baş vermiş yanğınla əlaqədar açıqlama verib.

İnterPosta.info
qafqazinfo-ya istinadən xəbər verir ki, nazir KİV nümayəndələrinə açıqlamasında yanğını söndürmək üçün iki helikopterin cəlb olunduğunu bildirib: "İkisi cəlb olunub, biri də hadisə yerinə gəlir. Ciddi bir yanğındır. Yaxşı ki, digər binalara keçməyib, qarşısı alınıb”.

Bundan əlavə, K. Heydərov sahibkarlara kompensasiya verilməsinə isə belə münasibət bildirib: "Hər bir obyektin sahibi mallarını siğortalamalıdır. Dövlət tərəfindən kompensasiya olunması qanunən düzgün deyil. Bu, özəl müəssisədir. Bunlar sonrakı prosesslərdə müzakirə olunacaq məsələlərdir. Buna mən qərar vermirəm”.

****
Dövlət rəsmiləri Bakıda yanğının baş veridiyi əraziyə gəliblər.

Qaynarinfo Report-a istinadən xəbər verir ki, hadisə yerində olan əməkdaşı xəbər verir ki, hazırda fövqəladə hallar naziri Kamələddin Heydərov, Nizami rayon icra hakimiyyətinin başçısı Arif Qasımov və digər rəsmilər hadisə yerindədirlər.

Hazırda Bakının 8-ci kilometr adlanan ərazisindəki "Diqlas” Ticarət Mərkəzində başlayan yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

İnterPosta.info

Kəmaləddin Heydərov yanğınla bağlı açıqlama verdi

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26