Interposta.Info

İcra başçısı malı yanan sahibkarlara: "Tələbləriniz qəbul olundu, sizi yola vermirəm..."

Gündəm
 27-03-2019, 15:24     10 439

Bu gün Nizami rayon icra hakimiyyətinin rəsmi şəxsləri "Diqlas” TM-də malları yanan sahibkarları qəbul edib.

İnterPosta.info "Yeni Sabah”a istinadla xəbər verir ki, görüş zamanı şikayətlər dinlənilib. İcra başçısı Arif Qasımov qeyd edib ki, "Diqlas”dakı yanğınla bağlı araşdırmalardan sonra yekun qərar veriləcək:

"Sizin hüquqlarınız dövlət tərəfindən qorunacaq. Biz sizi müdafiə edəcəyik. İstintaqla bağlı gedişat izlənəcək və məlumat veriləcək. Bu ərəfədə hüquqlarınızın tapdalanmamasına zəmanət veririk. Lakin pulunuza görə dövlət sizə zəmanət verə bilmir, çünki araşdırmalar gedir. Bu dəqiqə sizə pul verəcəyimizlə bağlı nəsə deyə bilmirəm”.

İcra baçısı sahibkarların"Bizi yola verməyin” sözlərini belə cavablandırıb: "Tələbləriniz qəbul olundu və yola vermək məsələsi heç zaman olmayacaq”.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26