Interposta.Info

Sərxoş azərbaycanlı təyyarədə çətin anlar yaşatdı

Ölkə
 12-03-2019, 10:30     10 377

Martın 11-də "Orenburq" hava limanında Moskvaya uçan reysdə insident yaşanıb.

İnterPosta.info
report-a istinadən xəbər verir ki, bu barədə Dövlət Dumasının Orenburq vilayətindən olan deputatı Yuri Mişeryakov öz "İnstagram" səhifəsində yazıb.

Vilayət mərkəzinin sabiq merinin sözlərinə görə, sərxoş Azərbaycan vətəndaşı təyyarə uçmağa hazırlaşarkən göyərtədə dava salıb.

"Polis və sərnişinlərin operativliyi sayəsində davakar şəxs təyyarədən endirilib. Uçuş təhlükəsiz şəraitdə davam edir", - deyə deputat bildirib.

İzləyicilərin dava salan şəxsin mənsub olduğu ölkənin adının niyə qeyd olunmasına dair sualları cavabsız qalıb.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26