Interposta.Info

Türkiyə vətəndaşı ABŞ-da terror həyəcanı yaşatdı —

Dünya
 21-05-2017, 10:10     746

ABŞ-da təyyarədə səfər edən sərxoş Türkiyə vətəndaşı aləmi bir-birinə qatıb.

“Ölkə.Az” xəbər verir ki, Los-Anceles aeroportundan havaya qalxan sərnişin təyyarə bir neçə dəqiqə uçub. Bu zaman təyyarədə səfər edən Türkiyə vətəndaşı, 25 yaşlı Anıl U. Qəflətən ayağa qalxaraq qışqırıb. Sərxoş olduğu bildirilən şəxsin əlində dəsmal və notbuk olub. Təyyarədə olan təhlükəsizlik xidmətinin əməkdaşları həmin şəxsə bir neçə dəfə xəbərdarlıq etsələr də, Anıl U. Qışqırmaqda davam edib. Polslər onu oturacağa qandal ilə bağlayıblar. Hadisə barədə pilota xəbər verilib.

Təyyarədə terror aktı olacağından ehtiyat edən Amerika hökuməti sərnişin təyyarəsini müşayət etmək üçün “F-22” tipli qırıcıları havaya qaldırıb. Qırıcıların müşayəti ilə sərnişin təyyarəsi yenidən Los-Anceles aeroportuna qaytarılıb.

Təyyarə ener-enməz Anıl U. Dərhal həbs edilib. Hadisə ilə bağlı əlavə məlumat verilməyib.

interposta.info bildirir ki, faktla bağlı araşdırmalar aparılır.

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26