Interposta.Info

Daha bir deputat sərxoş halda Bakının mərkəzində dava saldı

Paradoks
 15-12-2018, 12:37     10 460

Azərbaycan Sənaye Korporasiyasının baş direktoru, deputat Kamran Nəbizadə Bakının mərkəzində yerləşən restoranlardan birində sərxoş halda dava salıb.

İnterPosta.info
virtualaz.org-a istinadən xəbər verir ki, bu barədə məlumatı jurnalist Eynulla Fətullayev yayıb. Jurnalistin sözlərinə görə, deputatın sərxoş halda saldığı dava onun gözlərinin qarşısında baş verib.

Hadisə şəhərin mərkəzində yerləşən restoranlardan birində baş verib. Anlaqlı vəziyyətdə olmayan, ayaq üstə güclə dayanan Kamran Nəbizadə kütləvi davaya səbəb olub. Yalnız restoranın mühafizə xidməti işə qarışandan sonra davanın qarşısını almaq mümkün olub.

Sərxoş deputatı birtəhər maşına oturdub evə aparıbıar.

Qeyd edək ki, bir neçə həftə öncə İspaniyada BDU-nun keçmiş rektoru Abel Məhərrəmovun sərxoş vəziyyətdə dava salması ilə bağlı qalmaqal yaşanmışdı.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26