Interposta.Info

Təbrizdən Azərbaycana daha bir dəstək-onminlərlə azarkeş "Azərbaycan- Qarabağ" dedi

Ölkə
 4-03-2019, 22:36     10 391

Fevralın 15-də Təbrizin "Traktor" klubu ilə Tehranın "İstiqlal" komandası üz-üzə gəlib.

Gərgin keçən oyun təbrizlilərin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

"Traktor-İstiqlal" oyunundan sonra təbrizli azarkeşlər stadiondan çıxarkın şüarlar səsləndiriblər.
Onminlərlə azarkeş bir ağızdan "Azərbaycan var olsun, istəməyən kor olsun", şüarı ilə yürüş ediblər.
Həmin görüntülər sosial şəbəkələrdə yayılıb və böyük ruh yüksəkliyi ilə qarşılanıb.
Oyunu izləyənlər arasında jurnalist Kamal Almuradlı da olub. O, həmin anları görüntüyə alaraq, özünün feysbuk səhifəsində paylaşıb.

K. Almuradlı musavat.com-a bildirib ki, onminlərlə insan oyundan sonra Azərbaycana dəstək nümayiş etdirib: "Möhtəşəm mənzərə idi. 100 minə yaxın insan Azərbaycana dəstək şüarları səsləndirdilər".

İnterPosta.info həmin görüntüləri təqdim edir


Təbrizdən Azərbaycana daha bir dəstək-onminlərlə azarkeş "Azərbaycan- Qarabağ" dedi
Təbrizdən Azərbaycana daha bir dəstək-onminlərlə azarkeş "Azərbaycan- Qarabağ" dedi
Təbrizdən Azərbaycana daha bir dəstək-onminlərlə azarkeş "Azərbaycan- Qarabağ" dedi

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26