Avtobus sürücüsü sükan arxasında siqaret çəkir, telefonla danışır

Avtobusda onlarla sərnişin aparan sürücü siqaret çəkir. Bu azmış kimi o hərdən mobil telefonla da danışır. Araşdırma zamanı məlum oldu ki, kadrlar paytaxtda metronun 20 yanvar stansiyasından, Müşfiqabad qəsəbəsinə sərnişin daşıyan 114 A saylı marşurut xəttində çəkilib
İnterPosta.info xezerxeber.az-a istinadən bildirir ki, sürücünün sərnişinlərin həyatını təhlükəyə atmasına paytaxt sakinlərinin münasibəti birmənalıdır..
Məsələ ilə bağlı avtobusun aid olduğu daşıyıcı şirkətlə əlaqə saxladıq. Bildirildi ki, həmin sürücü işdən kənarlaşdırılacaq
Bakı Nəqliyyat Agentliyindən isə bildirildi ki, məsələ ilə bağlı araşdırma aparılacaq və müvafiq tədbirlər görüləcək.
İnterPosta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26