Interposta.Info

Bakıda avtobus sürücüsünün şok hərəkətləri – Sərnişinlərin gözü önündə görün nə etdi (VİDEO)

Ölkə
 23-07-2018, 17:32     10 569

İctimai nəqliyyatda, xüsusən sərnişin avtobuslarında sürücülər qeyri-etik davranışları ilə tez-tez gündəmə gəlir.

Minval.info xəbər verir ki, bu dəfə Bakıda fəaliyyət göstərən 10-XX-144 dövlət nömrə nişanlı 202 saylı marşrut avtobusunu idarə edən şəxs müəmmalı və təhlükəli hərəkətləri ilə diqqət çəkib.

Belə ki, nəqliyyat vasitəsinin sürücüsü sükan arxasında siqaretin kağızı ilə yol boyu nə isə düzəltməyə çalışıb. O, avtobus hərəkətdə olan zaman qarşısına baxmadan sərnişinlərin həyatını təhlükəyə atıb. Nəqliyyat vasitəsini idarə edən şəxs sadəcə ara-sıra yola göz gəzdirərək bir az “insaflı” davranıb. Avtobusdakı sərnişinlər onun bu hərkətlərini təəccüblə seyr edib. Bundan əlavə, sürücü nəqliyyat vasitəsinin salonunda olan və insanla qeyri-etik danışıb. Ortaya çıxan mənzərə təxminən saat 11:15 radalərindən 11:30-a kimi davam edib.

Bir məqamı vurğulamaq yerinə düşərdi ki, sürücü hərəkətləri narkotik vasitə istifadə edənləri xatırladırdı. Yol boyu başını kağıza qatıb davamlı olaraq nə isə düzəltmək istəyi bəhs etdiyimiz ehtimalın doğruluğuna dəlalət edir. Təbii ki, bu, sadəcə ehtimaldır və onun konkret olaraq nə etmək istəyi ilə bağlı ortalıqda heç bir fakt yoxdur. Xüsusi olaraq bildirək ki, sürücünün özü onun haqqında belə təsəvvürün yaranmasına səbəb olacaq hərəkətlər edib. Amma hər bir halda onun sükan arxasında bu cür davranışı yolverilməzdir.

Qeyd edək ki, ictimai nəqliyyat vasitəsini idarə edən şəxslər günün əksər hissəsini avtobusda keçirdikləri üçün çox vaxt sərnişinlər onların sükan arxasındakı bəzi neqativ hərəkətlərinə göz yumur. Lakin bu dəfəki mənzərə sürücü ilə birgə avtobusda yola çıxanların da həyatını ciddi təhlükəyə atır.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26