Interposta.Info

Bakıda avtobus sürücüsü sərnişinlərin həyatını belə təhlükəyə atır

Ölkə
 30-10-2018, 08:30     10 436

Bakıda sərnişinlə dolu avtobus qapısı açıq şəkildə idarə olunur. Həm arxa, həm də ön qapıdan sərnişinlər sallaşaraq gedirlər.

"İnterPosta"nın məlumatına görə, görüntülər Bakıda, Ziya Bünyadov prospektində çəkilib. Kadrlardan aydın olur ki, sərnişindaşıma qaydaları 71 saylı xəttə məxsus 90-BK-864 dövlət qeydiyyat nişanlı avtobusun sürücüsü tərəfindən pozulur. Həmin avtobuslar metronun "Koroğlu" stansiyası yaxınlığından "Azadlıq" stansiyasının yaxınlığına sərnişin daşıyırlar. Sözügedən avtobusların sürücüləri etiraf edirlər ki, xüsusən pik saatlarda sərnişin sayı çox olduğundan bəzən belə mənzərələr yaranır.

Sözügedən xəttin dispetçeri Tərlan Ələkbərov deyir ki, həmin görüntülərlə bağlı daşıyıcı şirkət tərəfindən müəyyən tədbirlər görüləcək. Onun sözlərinə görə, əvvəllər də bu kimi problemlə üzləşiblər. Ona görə də sərnişin sıxlığı nəzərə alınaraq avtobusların sayı artırılıb, interval isə 5 dəqiqəyə endirilib.

Bakı Nəqliyyat Agentliyindən isə bildirildi ki, həmin görüntülərdə sərnişindaşıma qaydaları pozulub. Vətəndaşlar bu kimi hallarla qarşılaşdıqda polisə məlumat verməlidirlər.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26