Interposta.Info

Ermənilər Fəxrəddinin müdafiəsinə qalxdı

Ölkə
 3-03-2019, 09:51     10 294

Azərbaycanı parçalamaq planlarında yer alan vətən xaini Fəxrəddin Abbasov qanun qarşısına çıxarıldı. Dövlət öz vətəndaşlarının adından sui-istifadə edərək, düşmən Ermənistanın planlarında yer alan və suverenliyinə təhlükə olan bu casusu zərərsizləşdirdi. Lakin diqqət çəkən əsas məqamlardan biri də ermənilərin F.Abbasovun həbsindən keçirdikləri narahatlıq və onun həbsinə reaksiyalardır.

Publika.az xəbər verir ki, Ermənistan mediası F.Abbasovun həbsini milli ayrı-seçkilik, Azərbaycanda milli azlıqlara təzyiq olunması, onların hüquqlarının məhdudlaşdırılması, bu əsasda talışlara qarşı təzyiqin nümunəsi kimi təqdim etməyə çalışır və kampaniya aparırlar.

“Lragir” saytı da F.Abbasovu xüsusi müdafiə edənlər sırasındadır. Sayt vətən xaininin həbsinə görə Rusiyanı da ittiham edib. Eyni iddialarla Ermənistanın əsas media orqanları da çıxış edib. Hətta onlar F.Abbasovu “alim”, “siyasi lider” kimi təqdim etməyə çalışırlar.

Bu bir daha təsdiqləyir ki, erməni xüsusi xidmət orqanları Azərbaycanı parçalamaq üçün F.Abbasov və onun kimi vətən xainlərindən istifadə edir.

F.Abbasov hazırda Hollandiyada yaşayan vətən xaini Ələkrəm Hümbətovun Azərbaycanı bölmək planlarının aktiv iştirakçısıdır. Onun həbsinə Hümbətovun reaksiyası da bunu sübut edir. Hümbətov da ermənilər kimi Azərbaycanda milli azlıqlara hücum iddialarını sərgiləyir. Bu vətən xaininin F.Abbasovun həbsi ilə bağlı son bəyanatının Ermənistan KİV-i tərəfindən tirajlanması da bütün proseslərin arxasında erməni xüsusi xidmət orqanlarının dayandığını təsdiqləyir.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26