Interposta.Info

Tutanhamonun sərdabəsini açan 20 nəfərin müəmmalı ölümü

Ölkə
 18-02-2019, 15:47     10 453

Misir fironu Tutanhamonun (e.ə. 1332-1323) sərdabəsini açan arxeoloqların müəmmalı ölümü bu gün də elm adamlarını düşündürür.

Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, Tutanhamonun məzarı 1922-ci ildə Houard Karter tərəfindən kəşf edilib. Sərdabə 1972-ci ildə Londonda, ardınca ABŞ-da sərgilənib, daha sonra isə Qahirə muzeyinə gətirilib.

Tutanhamonun sərdabəsi ilə bağlı hazırlanan "Tomb of the Boy King" adlı sənədli filmdə məzarı açan 22 arxeoloqun bir neçə il ərzində müəmmalı şəkildə öldüyündən bəhs edilir. Bunun bir lənət səbəbindən baş vermiş olacağı ehtimal edilir.

Sərdabəni kəşf edən Karterin bir dəlikdən məzarın içinə baxıb, "Möhtəşəm şeylər görürəm" dediyinə dair də məlumat var. Məzara ilk girən Karter təxminən 5 ay sonra 56 yaşında ölür. Karterin öldüyü gün Misirin paytaxtı Qahirədə elektrik tamamilə kəsilir. Lakin qəribə hadisələr bununla bitmir. Amerikalı milyoner Corc Cey Qould da sərdabəni ziyarət etdikdən qısa müddət sonra dünyasını dəyişir. Məzara baxan ilk arxeoloqlardan biri Coel Volf da az sonra komaya girərək ölür. Beləliklə, sərdabəyə daxil olan 22 nəfərin hamısı 1929-cu ilə qədər dünyalarını dəyişirlər.

Bunun hansısa lənət səbəbindən ola biləcəyi düşünülsə də, daha inandırıcı açıqlamalar da var. Tarixi faktlar göstərir ki, qədim Misirdə səhiyyə çox inkişaf etmişdi və misirlilər zəhərləmə ilə bağlı dərin biliklərə sahib idilər. Bu səbəbdən sərdabəyə girən şəxslərin zəhərlənmiş ola bil

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26