Interposta.Info

Misir Fironları və avropalıların əcdadı Qafqazlıdır — Elm dünyası şokda

Ölkə
 2-06-2017, 12:24     3 396

Yüzə yaxın Misir mumiyasının DNK analizi alimləri şoka salıb.

interposta.info
"ölkə.az"-a istinadən xəbər verir ki, analizin nəticələrinə əsasən qədim misirlilər Afrikalı deyilmişlər.
Maks Pank və Tyubingen universitetlərinin alman alimləri yaşı 3500-1500 olan 90 Misir mumiyasını hissə-hissə bərpa ediblər. Sonra isə DNK analizi ediblər. Alınan nəticəyə əsasən qədim misirlilər afrikalı deyillər. Onlardan bəzisi türk, bəziləri isə cənubi Avropadan çıxma insanlardır. O ərazilərdə indi İsrail, İordaniya, Suriya, Livan,Gürcüstan və Abxaziya yerləşir.
Misir Fironları və avropalıların əcdadı Qafqazlıdır — Elm dünyası şokda

Bir müddət əvvəl Sürixdə yerləşən iGENEA genetik mərkəzinin bioloqları da anoloji araşdırma aparıblar. Onlar qədim bir mumiyanı genetik analiz ediblər. Amma bu Tutanhamonun meyiti olub. Fironun sol çiyin və sol ayağından sümük parçası götürülüb və DNK analizi aparılıb.
Misir Fironları və avropalıların əcdadı Qafqazlıdır — Elm dünyası şokda

Mərkəzin mütəxəssisləri fironun genləri ilə müasir avropalıların genlərini müqayisə ediblər. Məlum olub ki, onların bir çoxu Tutanhamonun qohumlarıdır. Avropalı kişilərin demək olar ki, yarısı eyni genləri daşıyırlar. İspaniya, Böyük Britaniya və Fransa kimi ölkələrdə bu faiz nisbəti 60-70 % təşkil edir.
Misir Fironları və avropalıların əcdadı Qafqazlıdır — Elm dünyası şokda

DNK-ları nəsildən nəsilə dəyişilmədən ötürən haploqruplarla müqayisə ediblər. Fironun qohumları R1b1a2 haploqrupuna məxsus olduğu üzə çıxıb. Alimlər bildiriblər ki, bu haploqrup müasir misirlilərdə nadir hallarda görünür. Misirin cəmi 1 faizi bu genin daşıyıcılarıdır.
Misir Fironları və avropalıların əcdadı Qafqazlıdır — Elm dünyası şokda

İsveçrəlilərin və almanların genetik tədqiqatı sübut edib ki, müasir misirlilərin fironların nəslindən gəlmir. Müasir misirlilərin qədim fironlarla ortaq heç bir şeyi yoxdur.
Misir Fironları və avropalıların əcdadı Qafqazlıdır — Elm dünyası şokda

Alimlərin qənaətinə görə, Misir fironlarının və avropalıların əcdadı 9.500 il əvvəl Qafqazda yaşayıb. 7 min il əvvəl onun törəmələri Avropaya yayılıb. Bəziləri Misirə köçüb və fironlar səltənətini qurub.
Misir Fironları və avropalıların əcdadı Qafqazlıdır — Elm dünyası şokda

Tutanhamonun ulu babasından başlayaraq, bütün fironlar qafqazlıdır.

interposta.infoMisir Fironları və avropalıların əcdadı Qafqazlıdır — Elm dünyası şokda
Misir Fironları və avropalıların əcdadı Qafqazlıdır — Elm dünyası şokda
Misir Fironları və avropalıların əcdadı Qafqazlıdır — Elm dünyası şokda

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26