Interposta.Info

2024-cü ildən sonra Putin öz gələcəyini necə düşünür

Ölkə
 16-02-2019, 20:17     10 512

Avropalıların fikrincə, həmin vaxt 72 yaşa çatacaq Kremlin sahibi hakimiyyəti verməyə də bilər
Məlum olduğu kimi, 2024-cü ildən sonra Vladimir Putin yenidən prezidentliyə öz namizədliyini irəli sürə bilməz. Lakin onun hakimiyyətdə qalması üçün bir sıra konstruksiyalar işlənib hazılanıb.


Fransanın “Les Echos” qəzetinin Moskva yazarı Benjamen Kenelin məqaləsində Rusiyada yuxarı dairələrdə hazırda Putinin gedişi barədə düşnmək cəsarətinin belə olmadığını qeyd edir.

“Kremldə hələ ki bu məsələ “tabu” xarakteri daşıyır. “Putindən sonra kim olacaq, təbii ki, Putin!”, - deyə prezident administrasiyasının yüksək rütbəli üzvü jurnalistə söyləyib.

“O, heç kimə güvənmir. O, yalnız bizim jarqonda “konstruksiya” kimi bilinən anlayışa inanır. Yəni yaxşıca yağlanmış yay və vintlərlə olan mexanizmə...”,-deyə Kenel yazır.

“Birinci plan 2008-ci ilin ssenarisinin yaşanması, yəni prezident kürsüsünü Dmitri Medvedevə verib, baş nazir olaraq ölkənin əsl yiyəsi olmaqdır.

İkinci ssenari isə indiki “konstruksiyaya” bir mərtəbə də artırıb, yəni Rusiyada “ali rəhbər” vəzifəsini quraraq onun 2024-cü ildə seçiləcək prezidentdən də yüksək pillədə dayanmasını təmin etməyi nəzərdə tutur (İrandakı kimi).

Kreml kuluarlarında prezidentin 2024-cü illər bağlı dediyi sözlər dolaşır: “Mən fərari ola bilmərəm. Çünki missiyamı hələ başa çatdırmamışam”,- deyə yazıda qeyd olunur.

“Bunu həm də belə yozmaq olar ki, Vladimir Putin bu gün Rusiya prezidenti olsa da gələcəkdə Belarusiya ilə ittifaqın və ya Rusiya ətrafında keçmiş sovet respublikalarından bir neçə dövlətin iştirakı ilə formalaşacaq birliyin rəhbəri olmağı planlaşdırır”,- “Les Echos”dakı yazıda göstərilib.

İstənilən halda bu cür konstruksiyalar 2000-ci ildən bu yana hakimiyyəti əlinə keçirən güc orqanlarının ağırlıq təşkil edəcəyi komandanın fasadına çevriləcək.

Müəllif köhnə sistemin içində peyda olan yeni adamlara diqqət çəkərək onların adlarının 2024-cü ildə daha çox hallana biləcəyini qeyd edib.

O, bunlardan prezidentin mühafizə xidməti rəisinin keçmiş müavini, müdafiə nazirinin keçmiş müavini, hazırda Tula vilayətinin qubernatoru Aleksey Dyumin, sənaye və ticarət naziri Denis Manturov, Nijni Novqorod qubernatoru Qleb Nikitin, Novqorod vilayətinin quberntoru Andrey Nikitin və nəhayət, Moskva şəhərinin meri Sergey Sobyaninin adlarını göstərib./musavat.com

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26