Interposta.Info

Azərbaycanda bu qidalar bazardan yığışdırılacaq

Ölkə
 14-02-2019, 20:40     10 324

Azərbaycanda qida məhsullarında sağlamlıq üçün təhlükəli maddələr aşkar olunacağı təqdirdə, istehsalçılar həmin məhsulları bazardan geri çağırmalı olacaqlar.

İnterPosta.info
-nun məlumatına görə, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi sədrinin müşaviri Elxan Mikayılov deyib.

O bildirib ki, bu cür təcrübə hazırda avtomobil istehsalçıları tərəfindən tətbiq olunur:

"Azərbaycan üçün bu, yəqin ki, yenilik olacaq. Əsas mexanizm ondan ibarətdir ki, agentlik və ya istehsalçılar özləri məhsulun tələb uyğunsuzluğunu aşkar etsə, o zaman onlar həmin məhsulları geri çağırmalıdırlar”

İnterPosta.az

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26