Interposta.Info

Qida Təhlükəsizliyi Agentliyi də əhaliyə müraciət etdi

Ölkə
 16-01-2019, 20:13     10 586

Başqa ölkələrdən Azərbaycan ərazisinə keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunmaq məqsədilə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) əhaliyə xəbərdarlıq edib.

AQTA-nın mətbuat xidmətindən İnterPosta.info-ya verilən məlumata görə, xəbərdarlıqda deyilir: "Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı tərəfindən Rusiya Federasiyasının Primorsk vilayətinin Mixaylovski rayonunda dabaq xəstəliyi qeydə alınıb. Bununla əlaqədar olaraq, Rusiya Federasiyasının Primorsk vilayətindən heyvan və heyvan mənşəli məhsulların idxalına müvəqqəti məhdudiyyət qoyulması qərara alınıb”.

Xəbərdarlıqda qeyd olunur ki, nəzarət tədbirlərinin gücləndirilməsi üçün agentlik tərəfindən Primorsk vilayətindən gələn və ya həmin ərazidən tranzit keçən nəqliyyat vasitələrinin gömrük keçid məntəqələrində dezinfeksiya edilməsi ilə əlaqədar Dövlət Gömrük Komitəsinə aidiyyətı üzrə müraciət olunub.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26