Interposta.Info

İranlı fotoqraf: "Trampın o fotodan istifadə etməsi mənim üçün utancdır”

Ölkə
 14-02-2019, 17:42     10 478

ABŞ prezidenti Donald Tramp İranda İslam inqilabının 40-cı ildönümü ilə bağlı yazdığı mesajda iranlı bir qadının fotoşəklindən istifadə etmiş və aşağıdakı sözləri yazmışdı: “40 illik korrusiya, 40 illik təzyiq, 40 illik terror... İrandakı rejim 40 il içində sadəcə iflası gətirib. Uzun zamandır, əzab çəkən İran xalqı daha parlaq gələcəyə layiqdir”.

Musavat.com xarici mediaya istinadən xəbər verir ki, fotoşəklin müəllifi Yelda Muayyeri ABŞ prezidentinin onun fotolarından istifadə etməsinə sərt təki göstərib.

Iranlı fotoqraf özünün və ailəsinin başına gələcəklərin qorxusundan həmin şəklin müəllifi olduğunu 6 ay gizli saxladığını bildirib.

İranlı fotoqraf: "Trampın o fotodan istifadə etməsi mənim üçün utancdır”

Yelda Muayyeri “İnstagram”dakı rəsmi hesabından Donald Trampı ikilistandart anlayışı ilə hərəkət etməkdə suçlayıb: “Fotoqrafçılıq azadlığın simvolu halına gəlib. Bu, mənim üçün qürurdur. Lakin ABŞ-ın sanksiyaları ucbatından hər gün zərər görən, ABŞ-dakı ata-anasını görə bilməyən, xarici ölkələrə səyahət edə bilməyən birisi olaraq, prezident Tramp tərəfindən fars dilində yazılan tvitində məndən icazəsiz bu fotoşəklin göstərilməsi şəxsim üçün utanc qaynağıdır...”

İranlı fəal fotoşəkillə yalnız xalqının düşdüyü vəziyyəti göstərmək istədiyini, onun üçün çəkdiyini və ABŞ tərəfindən sui-istifadə edilməməsi gərəkdiyini vurğulayıb.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26