Interposta.Info

CNN telekanalı Trampı koronavirusa görə tənqid etdi - “Toplantıdı qadın və qaradərililər olmayıb”

Dünya
 3-02-2020, 15:42     337

ABŞ prezidenti Donald Tramp koronavirus epidemiyasının yayılmasına qarşı iclas keçirib.

Lakin ölkənin liberal mediası burada belə dövlət başçısını tənqid etmək fürsətini qaçırmayıb.

CNN telekanalının diqqətini iclasın Ağ Ev tərəfindən yayımlanan fotosunda bir xüsusat cəlb edib. Kanalın reportajında iclasda əsasən kişilərin iştirak etdiyini və bir nəfər də olsun qaradərilinin gözə dəymədiyi qeyd olunub. Bunun nəticəsində CNN Donald Trampı kişi cinsinin üstünlüyü fikrinə qapılmaqda və irqi ayrı-seçkilik etməkdə günahlandırıb.

Komissiyanın gender və irqi tərkibi telakanalın daimi müəllifi, siyasi məsələr üzrə tanınmış ekspertlərdən sayılan, afroamerikalı Brendon Tenslinin diqqətini çəkib. Jurnalist müqayisə üçün Barak Obama dövründə “Ebola” virusuna qarşı təşkil olunan iclasın fotolarını yayımlayıb və burada müxtəlif irqlərin təmsil olunduğunu göstərib.

Lakin CNN-nin bu materialı digər mətbuat orqanlarının tənqidinə tuş gəlib. Xüsusilə Donald Trampı müdafiə edən “FOX” kanalı həmkarlarını haqsız və qərəzli məlumat yaymaqda suçlayıb.

Elə sosial şəbəkədə də Trampın tənqidçiləri belə CNN-in bu tərzdə yanaşmasını bəyənməyiblər. Onların fikrincə, insanların rənginin koronavirus probleminin həll olunmasına heç bir dəxli yoxdur və kanalın bu məsələdən istifadə edərək prezidentə qarşı hücumu etik sayılmır.

Bundan başqa, elə CNN-in özü də kadr tərkibində irqi təmsilçilik məsələsində heç də nümunə göstərilə bilməz. Kanalın əməkdaşlarının əksəriyyəti ağ irqə mənsub şəxslərdir. CNN-in redaksiya rəhbərliyində yer alan 15 nəfərin içində isə cəmi bir qaradərili insan var.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26