Interposta.Info

Eminem Trampı belə tənqid etdi

Maqazin
 19-10-2017, 07:24     7 015

Dünya şöhrətli ABŞ-lı reper Eminem 4 dəqiqəlik çıxışı ilə yadda qalıb.

"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, BET Hip Hop Mükafatları Gecəsində yayımlanan çıxışında reper ABŞ prezidenti Donald Tramp barədə səsləndirdiyi fikirlərlə səs-küyə səbəb olub. Mahnıda Şimali Koreya ilə nüvə gərginliyi, miqrant siyasəti, silahlanma, radikal sağ təfəkkür, Amerika Milli Futbol Liqası kimi məsələlərə toxunan Eminem Trampı nüvə fəlakətinə səbəb ola biləcək kamikadze adlandırıb və Obamanı tərifləyib. Reper Trampın tək fantastik tərəfinin irqçilik olduğunu qeyd edib və Tramp tərəfdarı olan fanatlarının onunla prezident arasında seçim etmələrini istəyib. Mahnı "Ordumuzu sevirik, ölkəmizi sevirik, amma Trampa nifrət edirik" fikirləri ilə yekunlaşıb.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26