Interposta.Info

Azərbaycandan qayıdarkən yol qəzasına düşən Tbilisinin sabiq meri dünyasını dəyişib

Ölkə
 6-02-2019, 11:40     10 337

Gürcüstanın paytaxtı Tbilisi şəhərinin sabiq meri 61 yaşlı Vano Zodelava dünyasını dəyişib.

Bunu onun ailəsinə yaxın şəxslər bildiriblər.

V.Zodelava 2017-ci iyulunda Azərbaycandan səfərdən qayıdan zaman taksidə olarkən Tbilisi yaxınlığında, Kvemo Poniçala ərazisində ağır yol qəzasına düşüb. Nəticədə taksi sürücüsü ölüb, V.Zodelava isə başından ciddi zədə alıb. O, koma vəziyyətində xəstəxanaya yerləşdirilib. Sabiq mer huşsuz vəziyyətdə təxminən bir il yarım həkimlərin nəzarəti altında olub.
Qeyd edək ki, V.Zodelava 1997-1998-ci illərdə Poti şəhəri, 1998-2004-cü illərdə isə Tbilisi şəhərinin meri olub./report

İnterPosta.info

Azərbaycandan qayıdarkən yol qəzasına düşən Tbilisinin sabiq meri dünyasını dəyişib

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26