Interposta.Info

ABŞ-da azərbaycanlını aldadan qadını 20 il həbs cəzası gözləyir (FOTOLAR)

Ölkə
 31-01-2019, 14:20     10 359


Məhəbbət Abdullayeva adlı qazaxıstanlı qadın ABŞ-da 15 nəfərə qarşı dələduzluq yolu ilə külli miqdarda pulu mənimsəməkdə ittiham edilir.

Oxu.az Informburo.kz portalına istinadən xəbər verir ki, o, martın 13-də məhkəmə qarşısına çıxarılacaq və əməli sübuta yetirilərsə, qadını 20 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası gözləyir.

Məlum olub ki, M.Abdullayevanın qurbanları arasında Alyona adlı azərbaycanlı qadın da var.

2018-ci il mayın 5-də Alyona "Facebook” üzərindən ABŞ-da kirayə ev axtarması ilə bağlı elan verib. Bu zaman ona Cənnət İsmayılova adlı profildən mesaj gəlib və M.Abdullayevanın telefon nömrəsini verib. İlkin ehtimallara görə, M.Abdullayeva C.İsmayılova ləqəbindən istifadə edərək, insanları aldadırmış.

"Bruklində 1400 dollara kirayə ev tapmaq qeyri-mümkündür. Mən dərhal razılaşdım, çünki mənzil xoşuma gəlmişdi. O, məndən kredit tarixi və ya vergi kartını istəmədi. Hətta ev heyvanını mənzildə saxlamağıma belə etiraz etmədi. Nyu-Yorkda mənzildə ev heyvanı saxlamağa icazə verilmir. Mən ona 300 dollar depozit verdim. O isə mənə pulu alması ilə bağlı sənədi elektron poçt vasitəsilə göndərdi”, - azərbaycanlı qadın bildirib.

Alyona deyib ki, şübhələrinə son qoymaq üçün rəfiqəsindən M.Abdullayevaya yazmağını və mənzili soruşmasını istəyib.

"Yazışma zamanı məlum olub ki, M.Abdullayevanın həmin binada iki mənzili var. Şübhələrimizə son qoyulduğu bir vaxtda qazaxıstanlı iki nəfər bizə yaxınlaşaraq, mənim depozit verdiyim mənzilə onların da öncədən 500 dollar ödədiyini bildirdilər. Aldandığımı anladım və polis çağırmaq istədim. M.Abdullayeva polisə zəng etməməyimi istədi və pulu qaytaracağına söz versə də, hüquq-mühafizə orqanlarına xəbər verdim. Üç saat ərzində pullarımız geri qaytarıldı. Daha sonra mənim kimi nə qədər adamın aldadıldığını düşünüb, şikayət ərizəsi yazdım”, - o əlavə edib.

Daha sonra Alyonanın qızı sosial şəbəkələr üzərindən M.Abdullayevanın dələduz olması ilə bağlı məlumat yayıb. Bu zaman ona onlarla insan yazaraq, həmin qadının qurbanı olduqlarını bildirib.

Həmin şəxslərdən bəziləri Alyona kimi pullarını geri qaytara bilib.

Araşdırmalar zamanı məlum olub ki, M.Abdullayeva bəzi şəxslərə Qazaxıstandan ucuz qiymətə mobil telefon gətirəcəyini vəd edərək, külli miqdarda pul əldə edə bilib.

M.Abdullayeva ABŞ polisi tərəfindən həbs edilib. Onun cinayətkar qruplaşmanın üzvü olduğu bildirilib. Ona qarşı 22 maddə üzrə ittiham irəli sürülüb.

Bununla bağlı məlumatı M.Abdullayevanın vəkili Arkadi Bux verib.

"Əgər şikayət edənlərin sayı artsa, ittiham maddələri də artacaq. Hələlik şikayətçilərin sayı altı nəfərdir. Bu maddə üzrə maksimum cəza müddəti 20-25 ildir”, - vəkil qeyd edib.

İnterPosta.info

ABŞ-da azərbaycanlını aldadan qadını 20 il həbs cəzası gözləyir (FOTOLAR)
ABŞ-da azərbaycanlını aldadan qadını 20 il həbs cəzası gözləyir (FOTOLAR)
ABŞ-da azərbaycanlını aldadan qadını 20 il həbs cəzası gözləyir (FOTOLAR)
ABŞ-da azərbaycanlını aldadan qadını 20 il həbs cəzası gözləyir (FOTOLAR)
ABŞ-da azərbaycanlını aldadan qadını 20 il həbs cəzası gözləyir (FOTOLAR)

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26