Interposta.Info

Bu da Rəsulzadənin yeni barelyefi (FOTO)

Ölkə
 24-01-2019, 22:50     10 295

Yanvarın 15-də Azərbaycanın görkəmli dövlət xadimi, Xalq Cümhuriyyətinin əsas liderlərindən biri Məhəmməd Əmin Rəsulzadənin Bakının Novxanı kəndində doğulub, boya-başa çatdığı evin qarşısındakı oğurlanan barelyefinin yerinə yeni lövhə vurulub.

Bu barədə sosial şəbəkədə məlumat paylaşılıb.

Qeyd edək ki, cinayəti törətməkdə şübhəli bilinənlərdən 2 nəfəri saxlanılıb, digərlərinin tutulması istiqamətində tədbirlər davam etdirilir.

Araşdırma zamanı barelyefi oğurlayan şəxslərin onu hissələrə ayıraraq paytaxtın Binəqədi rayonu və Sumqayıt şəhərində yerləşən metal qəbulu məntəqələrinə satdıqları məlum olub./qaynarinfo

İnterPosta.info

Bu da Rəsulzadənin yeni barelyefi (FOTO)

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26