Interposta.Info

Rəsulzadənin barelyefini oğurlayan şəxslər tutuldu - (FOTO)

Ölkə
 17-01-2019, 18:17     10 500

DİN Məhəmməd Əmin Rəsulzadənin Novxanı qəsəbəsində yerləşən barelyefinin oğurlanması ilə bağlı məlumat yayıb.

Nazirliyin Mətbuat xidmətindən İnterPosta.info-ya verilən məlumata görə, yanvarın 15-də Abşeron rayonu Novxanı kəndində yerləşən körpələr evindən Rayon Polis İdarəsinə müraciət edilərək uşaq bağçasının inzibati binasının divarına asılmış M.Ə.Rəsulzadənin barelyefinin naməlum şəraitdə oğurlandığı bildirilib.

Polis əməkdaşları tərəfindən dərhal hadisə yerinə baxış keçirilib və zəruri araşdırmalar aparılıb. Həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində oğurluq hadisəsini törədənlərin şəxsiyyəti qısa müddətdə müəyyən edilib və qeyd edilən cinayəti törətməkdə şübhəli bilinənlərdən 2 nəfəri saxlanılıb, digərlərinin tutulması istiqamətində tədbirlər davam etdirilir.

Araşdırma zamanı həmçinin məlum olub ki, barelyefi oğurlayan şəxslər onu hissələrə ayıraraq paytaxtın Binəqədi rayonu və Sumqayıt şəhərində yerləşən metal qəbulu məntəqələrinə satıblar. Barelyefin hissələri polis əməkdaşları tərəfindən metal qəbulu məntəqlərindən aşkar olunaraq maddi sübut kimi götürülüb.

Faktla bağlı Abşeron Rayon Polis İdarəsində (RPİ) araşdırmalar davam etdirilir.

Rəsulzadənin barelyefini oğurlayan şəxslər tutuldu -  (FOTO)


*** 16:51

Azərbaycanın görkəmli dövlət xadimi Məhəmməd Əmin Rəsulzadənin Novxanı qəsəbəsində yerləşən barelyefini oğurlayan şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.

Novxanı bələdiyyəsindən “Report”a verilən məlumata görə, bu, həmin qəsəbədə yaşayan Emin Məmmədov adlı şəxsdir.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26